Latviyanın kurort şəhərində azərbaycanlının meyiti tapılıb

Hadisə
18:10 / 09.07.2019
2866
Latviyanın kurort şəhəri Yurmalada azərbaycanlının meyiti tapılıb.
Sfera.az "Report”a istinadən xəbər verir ki, bu, Latviya vətəndaşı, əslən Azərbaycanın Lənkəran rayonundan olan 1974-cü il təvəllüdlü İbadullayev Qulu Dadaş oğludur.
Onun meyiti dəniz kənarında yarıçılpaq vəziyyətdə aşkar olunub. Azərbaycanlının dənizdə çimərkən boğularaq öldüyü ehtimal olunur.
Q.İbadullayev Latviyada dəfn olunub.