“NBC Bank” 2019-u necə yarılayıb? - BANK YENİ MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI

“NBC Bank” 2019-u necə yarılayıb? - BANK YENİ MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI

"NBC Bank” ASC 2019-cu ilin birinci yarısını (yanvar-iyun) 184.8 min manat xalis mənfəət ilə başa vurub.  Müqayisə üçün qeyd edək ki, cari ilin 1-ci rübündə (yanvar-mart) Bank, əsasən ehtiyata ayırma ilə əlaqədar olaraq 594.9 min manat zərərə düşmüşdü. Beləliklə, ikinci rübdə "NBC Bank” yenidən mənfəətə çıxıb.

 

GƏLİRLƏRİ ARTIB

 

"Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - iyun dövründə "NBC Bank”ın cəmi gəlirləri 10 milyon 929 min manat (9 milyon 118 min manatı faiz, 1 milyon 811 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri isə 11 milyon 351 min manat (7 milyon 221 min manatı faiz, 4 milyon 130 min manatı qeyri-faiz xərcləri) təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 422 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 606 min manatının azad olması hesabına həm Bankın əməliyyat zərəri bağlanıb, həm də xalis mənfəət yaranıb.

 

Qeyd edək ki, 2019-cu ilin May ayında dövlət büdcəsinin vəsaiti hesabına Dollar kreditlərinə kompensasiya ödənilib. Dollar kreditləri probleminin xeyli həlli bankların ehtiyatlarının azad olması ilə nəticələnir.

 

Xatırladaq ki, "NBC Bank” ASC 2018-ci ilin birinci yarısını 1 milyon 872 min manat xalis mənfəətlə bağlamışdı. Ötən ilin yanvar-iyun dövründə "NBC Bank”ın cəmi gəlirləri 9 milyon 954 min manat (faiz gəlirləri 8 milyon 501 min manat, qeyri-faiz gəlirləri 1 milyon 453 min manat), cəmi xərcləri isə 8 milyon 191 min manat (faiz xərcləri 4 milyon 899 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 292 min manat) təşkil etmişdi. Həmçinin ehtiyatların 109 min manatı azad olmuşdu.

 

Ötən ilin birinci yarısı ilə müqayisədə "NBC Bank”ın faiz və qeyri-faiz gəlirləri artsa da, faiz və qeyri faiz xərcləri daha çox artıb. 

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

30.06.2019-cu il tarixində "NBC Bank” 213 milyon 645 min manat kredit portfelinəmalik olub. 2018-ci ilin sonunda kredit portfeli 204 milyon 469 min manat təşkil etmişdi (ilk 6 ayda  9 milyon 176 min manat artıb). Bank 31 Mart 2019-cu il tarixində isə 212 milyon 489 min manat kredit portfelinə malik idi. 2017-ci  ilin sonunda 154 milyon 396 min manat təşkil etmiş kredit portfeli ötən il İyunun sonunda 184 milyon 798 min manata çatmışdı.

 

MƏCMU KAPİTALI ARTIB

 

30 İyun 2019-cu il tarixində "NBC Bank" 57 milyon 332 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda Bankın məcmu kapitalı 57 milyon 88 min manat təşkil etmişdi.

 


OXŞAR XƏBƏRLƏR

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Müğənni Elçin Göyçaylı həbs olunub.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.   ...

Prezident onlara müraciət ünvanladı

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.   Sfera.az xəbə...

Ukrayna müharibəsində yeni mərhələ: Avropa nə istəyir?

Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer birgə mətbuat konfransında bildiriblər ki, Ukrayna yaxın həftələrdə və aylarda Brit...