SAXTA 100 MANATLIQLARLA BAĞLI TƏKLİF: Mağazalarda xüsusi aparatlıar quraşdırılsın

SAXTA 100 MANATLIQLARLA BAĞLI TƏKLİF: Mağazalarda xüsusi aparatlıar quraşdırılsın

 

"Saxta manat əskinaslarına qarşı mübarizədə texniki və institusional addımlar atılmalıdır”.

 

Sfera.az-a açıqlamasında bu sözləri son zamanlar Azərbaycanda saxta 100 manatlıq əskinasların dövriyyədə geniş yayılmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:

 

"Ümumiyyətlə saxta pulların kəsilməsi hallarına demək olar ki, bütün valyutalarla bağlı olaraq rast gəlmək olar. Nə qədər maraqlı olsa da, dünyada ən çox saxta əskinas ABŞ dolları ilə bağlıdır. Çox fərqli ölkələrdə işbazlar saxta dollar kəsməkdə maraqlıdırlar. Bu da dolların işlənmə dairəsinin geniş olması ilə bağlıdır. Amma son zamanlar saxta 100 manatlıqların sayında da artım qeydə alınıb. Saxta pul kəsənlər daha çox böyük nominallı əskinasları kəsməkdə maraqlıdır. Ona görə də manatla bağlı dövriyyədə əsasən bu nominallı saxta əskinaslara rast gəlinir. Bunun qarşısını almaq üçün bir sıra texniki və institusional addımlar atılmalıdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi ödənişin aparıldığı bütün ticarət və xidmət obyektlərində pulun saxta olub-olmadığını yoxlayan aparatların quraşdırılmasına ehtiyac var. İnkişaf etmiş ölkələrin kiçik alış-veriş obyektlərində belə bu aparatlardan istifadə olunur. Ona görə çox vacibdir ki, Azərbaycanda bu aparatlardan bütün məntəqələrdə istifadə edilsin”.

 

Həmsöhbətimiz bu istiqamətdə görülməsi vacib təkliflərini də səsləndirdi: "Təklif edirik ki, Mərkəzi Bank belə aparatların alınıb quraşdırılması üçün sahibkarlara yardım etsin. O cümlədən, Sahibkarlara Kömək Milli Fondu tərəfindən bu istiqamətdə güzəştli kreditlərin təklif edilməsinə ehtiyac vardır ki, kiçik sahibkarlar üçün belə aparatların alınması əlavə xərclər yaratmasın. Bu addımın atılması nəticə etibarı ilə saxta pulun yerindəcə aşkarlanması və ona qarşı effektiv mübarizənin həyata keçməsinə şərait yaradar. Saxta pulların sayının azaldılması üçün digər vacib məqam Mərkəzi Bank tərəfindən daimi olaraq manatın təhlükəsizlik kod və nişanlarının risk qiymətləndirilməsinin aparılmasıdır.

Eyni zamanda, manat əskinaslarının təhlükəsizlik nişanları ilə bağlı maarifləndirmə işlərinə də ehtiyac var. Bunun üçün televiziya kanalları və internet resursları vasitəsilə xüsusi sosial qoruyucuların hazırlanması və yayılması çox vacibdir. Yəni elə etməliyik ki, adi vətəndaşlar da saxta və real pulu fərqləndirmək üçün əskinasların təhlükəsizlik nişanları ilə bağlı məlumatlı olsun. O baxımdan bu istiqamətdə vətəndaşların məlumatlandırılması da daxil olmaqla, kompleks tədbirlərin görülməsinə ehtiyac duyulur”.

 

Qeyd edək ki, son zamanlar dövriyyədə saxta 100 manatlıq əsginasların dolaşdığına dair məlumatlar yayılır. Hətta bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Elçin

 

OXŞAR XƏBƏRLƏR

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Müğənni Elçin Göyçaylı həbs olunub.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.   ...

Prezident onlara müraciət ünvanladı

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.   Sfera.az xəbə...

Ukrayna müharibəsində yeni mərhələ: Avropa nə istəyir?

Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer birgə mətbuat konfransında bildiriblər ki, Ukrayna yaxın həftələrdə və aylarda Brit...