Sərnişin avtobusu kanala aşdı - 29 ölü, 17 yaralı

Sərnişin avtobusu kanala aşdı - 29 ölü, 17 yaralı

Hindistanın Yamuna avtomobil yolunda sərnişin avtobusu 4,5 metr yüksəklikdən kanala aşıb.

"Qafqazinfo”nun xəbərinə görə, qəza nəticəsində avtobusda olan 46 nəfərdən 29-su həlak olub, 17-si isə xəsarət alıb.

Məlumata görə, avtobus Uttar-Pradeş ştatının Lakhnau şəhərindən Dehliyə gedirmiş.

Qəzanın sürücünün sükan arxasında yuxuya getməsinə görə baş verdiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR