Deputat: “Avropa Oyunları şanlı tarixdir”

Deputat: “Avropa Oyunları şanlı tarixdir”
Jalə Əliyeva: “Onların baykot çağırışları nifrətə layiqdir”

“Beş güncə ölkəmiz Avropanın özü üçün yenilik sayılacaq ilkə imza ataraq, birinci Avropa Oyunlarının möhtəşəm açılışını etdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Jalə Əliyeva söyləyib.

Onun sözlərinə görə, Azərbaycandan start götürən Avropa Oyunları şanlı tarixdir:

“Dünyanın 30-dan artıq dövlət və hökumət başçısı açılış mərasimində iştirak etdi. Minlərlə idmançı öz gücünü sınamaq üçün oyunlara qatıldı. Onminlərlə xarici qonaq oyunların keçirildiyi ərəfədə ölkəmizə təşrif buyurdu. Açılış mərasimində səslənən fikirlər, o cümlədən birinci Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın möhtəşəm çıxışı açılışa xüsusi rəng qatırdı. Hesab edirəm ki, birinci Avropa Oyunları ölkəmizin qarşısında çox geniş imkanlar açacaq. Azərbaycana turist axınını gücləndirəcək, ölkəmizin dünya miqyasında rolunu artıracaq. Biz sürətlə qloballaşan dünyada yaşayırıq. İdman həm də mədəniyyət deməkdir. Biz Azərbaycan idmanını zirvələrə qaldırmaqla, həm də milli-mənəvi dəyərlərimizi təbliğ edirik”.

Bəzi müxalifət fəallarının baykot çağırışlarından danışan millət vəkili bildirdi ki, həmin təklifi səsləndirənlər milli dəyərlərə arxa çevirirlər:

“Onsuz da kimin nə deməsindən və hansı arzuda olmasından asılı olmayaraq, ölkəmiz bu sınaqdan üzüağ çıxdı. Təxribatçı qüvvələrin arzuları bu dəfə də gözlərində qaldı. Özünü azərbaycanlı adlandıran adamların dövlətçiliyə qarşı fəaliyyəti nifrətə layiqdir və onların ölkəmizin adından danışmağa heç bir mənəvi haqqı yoxdur”.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...