Mühüm dəyişiklik - Telefon nömrələri belə satılacaq - VİDEO

Mühüm dəyişiklik - Telefon nömrələri belə satılacaq -  VİDEO

Telefon nömrələrin satış qaydalarında mühüm dəyişikliklər edilir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli qərarına əsasən "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli qərara dəyişikliklər edilib. Qərarın icrasına nəzarət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub.

Nazirliyin Məlumat Hesablama Mərkəzindən Xezerxeber.com-a bildirilib ki, yeni qərar əsasında telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişikliklər ediləcək. Bu məqsədlə nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görüləcək. Yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron xidmətlərin hazırlanması mümkün olacaq.

Abunəçi barədə məlumatlar dəqiq şəkildə mərkəzi bazaya daxil edildikdən sonra nömrə aktivləşdiriləcək və bununla da sahibi bəlli olmayan nömrələrdən danışıqların aparılması və ya başqa mobil xidmətlərdən istifadə edilməsi mümkün olmayacaq. Mobil nömrələrdən sui-istifadə edərək qeydi-qanuni addımlar atılmasının da qarşısı alınacaq.

Vaxtı keçmiş, itirilmiş, oğurlanmış, saxta sənədlərlə telefon nömrələrinin satışı qeyri mümkün olacaq. Abunəçi başqa abunəçinin adına sim kart ala bilməyəcək və yalnız öz adına olan nömrədən istifadə edə biləcək. Bununla da portal tərəfindən vətəndaşlara müxtəlif bildirişlər (kommunal borclar, rabitə borcları, cərimələr, məhkəmə və s.) göndəriləcək. Bu qərarın "Elektron hökumət" quruculuğuna müsbət təsirləri də olacaq. /xəzərxəbər

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Nürnberq”in baş məşqçisi Mahirdən narazıdır: "Yaxşı oynamır, çevik deyil"

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxışı ilə bağlı fikirlərini bild...

Azərbaycanda orta sərhədkeçmə müddəti26 dəqiqəyə endirildi

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) Avtomatlaşdırılımış Risk Analizi Sistemi (ARAS) vasitəsi ilə sərhədkeçmə müddəti çərçivəsində ...

Ötən ay xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanındı

Oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmı...

Müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndə...

FETÖ və DHKP-yə qarşı əməliyyat keçirildi - 17 nəfər saxlanıldı

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i mə...

DİN vakansiya elan etdi - Lazım olan SƏNƏDLƏR

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarı...