Elxan Məmmədov vəzifəsindən azad olunur: Ərizə yazmaq tapşırıldı

Elxan Məmmədov vəzifəsindən azad olunur: Ərizə yazmaq tapşırıldı
 

Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə məğlub olması futbol ictimaiyyəti tərəfindən belə desək, həzm olunmadı. Oyunun gedişində 20-dən çox azarkeş "istefa” şüarını səsləndirdiyi üçün polis bölməsinə aparıldı. Oyundan sonra isə sosial şəbəkələrdə AFFA rəhbərliyi, xüsusilə də, baş katib Elxan Məmmədov tənqid olundu, onun istefası tələb olundu.

Sfera.az xəbər verir ki, Komanda.az-ın əldə etdiyi məlumata görə, insanların həm stadionda, həm də sosial şəbəkələrdə "istefa” tələbi nəticəsini verib. Elxan Məmmədova istefa ərizəsini yazmaq tapşırılıb. 

Bəs baş katib postunu nə vaxt tərk edə bilər? Məsələ burasındadır ki, azarkeşlərin (bura xeyli sayda idman jurnalisti də daxildir) "istefa” şüarları dövlət səviyyəsində narahatlıq yaradıb. Məlum olduğu kimi, sosial şəbəkələr dövlət qurumları tərəfindən daim təqib olunur, izlənilir və istənilən kütləvi narazılığa reaksiya verilir. 

Elxan Məmmədovun həm stadionda azarkeşlər tərəfindən, həm də sosial şəbəkələrdə istefasının tələb olunması da (bunların üzərinə futbol üzrə milli komandaların bərbad çıxışlarını da gəlin) diqqətdən qaçmayıb. Sadəcə, "istefa” şüarlarından dərhal sonra baş katibin postundan uzaqlaşdırılması belə demək mümkünsə, həssas məsələ olduğu üçün, onun istefasının daha sakit zamanda baş verməsi lazım bilinib.

Yaxın zamanlarda Elxan Məmmədovun AFFA-nın baş katibi postundan getməsi xəbərinin veriləcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Üç və dörd uşağı olan qadınlara pensiya ilə bağlı ŞAD XƏBƏR

Milli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.     ...

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.   Bu barədə Sfera.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.   Bild...

"Azercell" rəhbərliyi öz cibinə görə qiymət qaldırır" - ETİRAZ

Sosial şəbəkələrdə "Azercell" istifadəçiləri arasında dəyişən qaydalarla bağlı suallar və narahatlıqlar müşahidə olunur.    Sfera.az b...

Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda...

Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ha...

Attestatları əla, imtahan nəticələri zəif - STATİSTİKA

Bakı üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmt...

Narkotik qəbul edib avtobus sürürümüş - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında sərniş...