Gürcüstan-Ermənistan sərhədində güclü yanğın

Gürcüstan-Ermənistan sərhədində güclü yanğın

Ötən gecə Gürcüstan-Ermənistan sərhədində, Marneuli rayonunun Qaçağan kəndi ərazisində güclü yanğın baş verib.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğın Ermənistan tərəfində baş verib və sonradan Gürcüstan ərazisində kolluq sahədə yayılıb.

Yanğının söndürülməsində yeddi yanğınsöndürmə briqadası və 65-ə yaxın yanğınsöndürən iştirak edib. Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisi də cəlb olunub.

Ermənistan ərazisində də yanğının söndürülməsinə yanğınsöndürən maşınlar cəlb olunub.

Yanğın söndürülüb.


OXŞAR XƏBƏRLƏR