Gəlin əri və onun valideynləri tərəfindən döyüldü
Kriminal
15:47 / 05.07.2019
3516
Daşkəsəndə qadın əri və onun qohumları tərəfindən döyülüb.
Sfera.az xəbər verir ki, "Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Zəylik kənd sakini, 1996-cı il təvəllüdlü R. Ə bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qadının sözlərinə görə, o, ailə münaqişəsi zəminində əri, qayınatası və qayınanası tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.