Bu gün yarışacaq idmançılarımız - SİYAHI

Bu gün yarışacaq idmançılarımız -  SİYAHI

İyunun 18-də azərbaycanlı idmançılar bir sıra idman növündə öz güclərini sınayacaqlar.
Bu günə kimi 11 qızıl medal qazanmış Azərbaycan komandası yarışların növbəti günündə aktivindəki qızıl medalların sayını artırmağa çalışacaq.

Bu gün yarışacaq idmançılarımızın siyahısını təqdim edirik:

Voleybol, Saat 16:30

Kişilər arasında ilkin raund yarışında B qrupunda Azərbaycan komandası Fransa ilə üzləşəcək. Bundan öncə keçirilən hər iki oyunda komanda kifayət qədər xal yığa bilmədiyindən, Fransa ilə baş tutacaq qarşılaşma komandanın irəli keçməsi üçün olduqca vacibdir.

Çimərlik voleybolu, Saat 19:00-dan

Çimərlik futbolunda Azərbaycanı təmsil edən qadınlar bacardığı ediblər. İyunun 18-ə isə kişilər çimərlikdə öz hünərlərini göstərəcəklər. A qrupunda Azərbaycan komandasının üzvləri - B.Romano və L.Gritsail Norveç komandası ilə qarşılaşacaqlar.

H qrupundakı yarışlarda isə ölkəni N.Santos və İ.Rudıx təmsil edəcək. Onlar İspaniyadan olan idmançılarla yarışacaqlar.

Şosse velosipedi, Saat 10:00-dan

Cümə axşamı qadınlar və kişilər arasında zamana qarşı yarışlara start verilir. Qadınların yarışında Azərbaycanı Olena Pavluxina, kişilərdə isə Elçin Əsədov və Maksim Averin təmsil edəcəklər.

Güləş, saat 10:00-dan

Azərbaycan güləşçiləri bu idman növünün demək olar, bütün kateqriyaları üzrə yarışlara iştirak edirlər. Bu dəfə Cəmaləddin Maqometov (125 kq çəki dərəcəsi), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurmaqomet Hacıyev (86 kq) sərbəst üsulla təsnifat yarışlarına başlayırlar.

Boks
Saat 13:45-dən

Azərbaycan idmançısı Collazo Sotomayor kişilər arasında birinci yarımorta çəki (64 kq) dərəcəsi üzrə 1/16 final mərhələsində Sloveniyadan Edin Sejdinoviçlə üzləşəcək. Teymur Məmmədov isə yarımağır çəki dərəcəsində Böyük Britaniyadan Joşua Buatsi ilə mübarizə aparacaq.

Taekvondo,
Saat 10:30-dən

Taekvondo üzrə Azərbaycan komanda üzvlərinin iştirakı ilə iki görüş planlaşdırılıb. Fəridə Əzizova (-67 kq çəki dərəcəsi) hollandiyalı Van Baaren Joyce ilə, Milad Beigi (-80 kq çəki dərəcəsi) isə Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşəcək.

Suya tullanma,

Atıcılıq
Saat 11:00-dan


Saat 09:00-dan

Cümə axşamı suya tullanma üzrə ilkin yarışlara start verilir. Yarışlarda iştirakçıların maraqlı şou nümayiş etdirəcəkləri gözlənilir. Azərbaycanı bu idman növündə Atryom Danilov (kişilər arasında 1 m tramplin) və Olqa Bikovskaya (qadınlar arasında paltforma) təmsil edir.

Atıcılıqda səngər stendi üzrə qarışıq komanda yarışlarında azərbaycanlı idmançılar da iştirak edəcək./Axsam


Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranın etriazları fayda vermir - Zəngəzur dəhlizi açılacaq

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının vacibliyini açıq şəkildə bəyan edir. Prezident Vaaqn Xaçaturyanın bu məsələyə dair son açıqlaması rəsmi İr...

Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.   BDYPİ-dən Sfera.az-a v...

Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı...

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.   Sfera.az xəbər v...

Müəllimlərin maaşı artdı

“2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 3...

Avtobusda həyəcan dolu ANLAR - Sürücünün ürəyi getdi, sonra isə... - VİDEO

  Sükan arxasında halı pisləşən avtobus sürücüsü yerə yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə Türkiyənin Qaziantep şəhərində baş veri...

Naxçıvanda hər il 7 nəfər ipoteka krediti alır

Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Hesablama Palatasının "Naxçıv...