Azərbaycanın “İnterpol”a verdiyi şəxs Moldovada yaxalandı
Kriminal
16:20 / 04.07.2019
3547
Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
"Report”un məlumatına görə, "İnterpol” xətti ilə axtarışda olan 1995-ci il təvəllüdlü Məmmədli Ceyhun Həsən oğlu Moldovada saxlanılıb.
Hazırda onun ölkəyə ekstradisiyası üçün işlər aparılır.
Qeyd edək ki, C.Məmmədli Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışa verilmişdi.