Ailton rəsmən “Qarabağ”da

Ailton rəsmən “Qarabağ”da
 

Almaniyanın "Ştutqart” komandasının müdafiəçisi Ailton Silvanın "Qarabağ”a keçidi rəsmiləşib.

Sfera.az "Qol.az"a istinadən xəbər verir ki, bu gün komandanın düşərgəsinə qoşulan və tibbi müayinədən keçən braziliyalı sol kənar müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2019-2020 mövsümünü icarə əsasında "Qarabağ"da keçirəcək.

Qeyd edək ki, "Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda "Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. "Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın "Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya "Ştutqart”ına (5 oyun) transfer olunub.  2018-ci ilin yayında yenidən "Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya "Braqa”sında keçirib.

Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.


OXŞAR XƏBƏRLƏR

Üç və dörd uşağı olan qadınlara pensiya ilə bağlı ŞAD XƏBƏR

Milli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.     ...

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.   Bu barədə Sfera.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.   Bild...

"Azercell" rəhbərliyi öz cibinə görə qiymət qaldırır" - ETİRAZ

Sosial şəbəkələrdə "Azercell" istifadəçiləri arasında dəyişən qaydalarla bağlı suallar və narahatlıqlar müşahidə olunur.    Sfera.az b...

Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda...

Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ha...

Attestatları əla, imtahan nəticələri zəif - STATİSTİKA

Bakı üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmt...

Narkotik qəbul edib avtobus sürürümüş - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında sərniş...