Qarpızın zəhərli olduğunu göstərən amillər

Qarpızın zəhərli olduğunu göstərən amillər
Yay mövsümündə insanlar sərinləşdirici kimi ya içkilərdən (su, ayran və s.) ya da soyuducudan çıxarılmış meyvələrdən istifadə edirlər. Bunlar arasında bostan bitkisi sayılan qarpıza tələbat daha çox olur. İçərisi qırmızı rəngli və tumlu olan bu sulu qida daha çox sərinləşdirici kimi istehlak edilir. Təəssüf ki, böyükdən kiçiyə hər kəsin sevərək yediyi qarpızdan zəhərlənənlərin sayı da az deyil. Zəhərlənmənin əsas səbəbi isə qarpızın ya köhnəlmiş olması ya da qeyri-təbii üsulla yetişdirilməsi olur. Qarpızın yetişdirilmə mərhələsində azotlu gübrələrin yalnış istifadəsi, meyvədəki nitrat səviyyəsini yüksəldir. Normadan artıq nitrat qəbulu da zəhərlənməyə gətirib çıxardır.
Yeniavaz.com qarpızın zəhərli olduğunu göstərən amilləri təqdim edir:
Əgər qarpız qabığının içərisi sarı rəngdədirsə bu, qarpızda nitratın çoxluğundan xəbər verir. Belə qarpızları almaq təhlükəlidir. Qapığın içərisi mütləq ağ rəngdə olmalıdır.
Qarpızda deşiklər varsa - Deşikli qarpızlar ilk baxışda orqanik təəssürat yaratsa da belə qarpızlardan uzaq durmaq lazımdır. Deşikli qarpızlar köhnəlmiş sayılır və bu da orqanizmə zərərlidir.
Qarpızı kəsdikdən onun orta hissəsi yumşaqdırsa - Belə qarpızlar ya düzgün şəraitdə saxlanılmayıb ya da qeyri-təbii üsulla yetişdirilib. Araşdırmalara görə, müxtəlif dərmanlarla yetişdirilən qarpızların orta hissəsi yumşaq olur. Bu qarpızlardan da mütləq şəkildə uzaq durmaq lazımdır. Çünki, onlar zəhərli ola bilər.
Qarpızı suya qoyan zaman rəngi dəyişərsə - Qarpızdakı nitrat səviyyəsini bu üsulla yoxlaya bilərsiz. Bunun üçün ilk növbədə bir dilim qarpızı suyun içərisinə qoyun. Bir müddətdən sonra suyun rəngi parlaq və çəhrayı rəngdə olarsa, bu qarpızda nitratın çoxluğundan xəbər verir.
Çəkisi yüngül olarsa - Qarpızın çəkisi çox yüngül olmamalıdır. Aldığınızı qarpızın çəkisinə mütləq şəkildə diqqət etməlisiz.


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...