Azərbaycanın Xalq rəssamının ev muzeyindən oğurluq olub
Kriminal
13:29 / 03.07.2019
3588
Azərbaycanın Xalq rəssamı, professor Kamil Əliyevin ev muzeyindən oğurluq olub.
"Report"un əldə etdiyi məlumata görə, hadisə məşhur xalçaçı rəssamın İçərişəhərdə yerləşən ev müzeyində baş verib.
K.Əliyevin ailəsinin mülkiyyətində olan xalçalardan biri oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Kamil Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olub. O, Bakı Rəssamlıq Məktəbini bitirib. K.Əliyev 1930-cu illərdə tələbə olarkən "Azərxalça" Birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb.
O, Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam - müəllifi kimi özünü təsdiqləyib. Bədii sənət üzrə fəxri fərmanın və respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olub.
K.Əliyev 2005-ci ildə vəfat edib.