Bakıda bu gün yeni metro qatarları xəttə buraxılır

Bakıda bu gün yeni metro qatarları xəttə buraxılır
Bakı Metropoliteni" QSC bu gün yeni qatarlarını xəttə buraxacaq.
Bilge.az "Bakı Metropoliteni"nə istinadən bildirir ki, bu gün ümumilikdə 10 vaqon, yaxud 2 qatar xəttə çıxarılacaq.
İlkin məlumata görə, qatarlar "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edəcək.
Xatırladaq ki, QSC bu il Rusiyadan 30 vaqon yaxud 6 qatar alıb. Onlardan 10 vaqon artıq Bakıya gəlib. Avqustun 10-dan sonra isə ilin sonunacan daha 20 vaqon Bakıya gətiriləcək.

OXŞAR XƏBƏRLƏR