“Həyatımı puç etdilər” - Atasını, arvadını və övladını döyən kişi

“Həyatımı puç etdilər” - Atasını, arvadını və övladını döyən kişi
Bu gecə Bakının Suraxanı rayonunda ailə-məişət dramı baş verib.

Hadisə gecə saat 01:20 radələrində Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 2, mənzil 74 ünvanında qeydə alınıb.

Həmin küçədə yaşayan 25 yaşlı Elşad Əhmədov evə içkili halda gələrək həyat yoldaşı 19 yaşlı Lətafət Əhmədovanı və atası, 65 yaşlı Tofiq Əhmədovu döyüb. Bununla da əsəblərini cilovlaya bilməyən Elşad Əhmədov 2 yaşlı övladını da vəhşicəsinə döyüb.

Hadisə barədə qonşuları polisə xəbər veriblər. Hadisə yerinə gələn Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları döyülənlər üçün həkim çağırıblar. Hadisəni törədən Elşad Əhmədov isə saxlanılıb.

İşi araşdıran 30-cu polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Telman Abbasov ANS PRESS-ə bildirib ki, saxlanılan şəxs ailəsindən daima narazı olub. O, verdiyi ifadədə bildirib ki, həyat yoldaşı onun sözünə baxmırmış.

Elşad Əhmədov həyat yoldaşının ondan icazəsiz tez-tez qonşulara getdiyini bildirib. Dəfələrlə arvadına bunu irad tutsa da, qadın ərinin sözünə baxmırmış

Elşad Əhmədov ifadəsində yaşlı atasından da şikayətlənib.Bildirib ki, atası onun həyatını puç edibmiş.

"Atam anamı boşayıb. Mən internatda böyümüşəm. Mənə yaxşı ata olmayıb. Həmişə məni döyürdü. İndi də mənim həyatımı puç edirdi", - deyə Elşad Əhmədov bildirib.

Hazırda hadisə ilə bağlı rayon Prokurorluğunda araşdırma aparılır./anspress

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...