Deputatın qardaşı oğlu həbs edildi

Deputatın qardaşı oğlu həbs edildi
Bakı Şəhər Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tanınmış iqtisadçı deputat Vahid Əhmədovun qardaşı oğlu Namiq Əhmədovu həbs ediblər.

Sfera.az xəbər verir ki, bu barədə “AzPolitika.info”-ya mötəbər mənbələrdən məlumat daxil olub. N.Əhmədov vətəndaşın şikayəti əsasında Nəsimi RPİ-də başlanılmış cinayət işi çərçivəsində, təxminən 10 gün əvvəl saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. N.Əhmədova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. O, aldatma yolu ilə adını dəqiqləşdirə bilmədiyimiz vətəndaşın 5 min manatını mənimsəməkdə şübhəli bilinir.

Məlumat hüquq-mühafizə orqanlarındakı mənbə və N.Əhmədovun yaxınları tərəfindən də təsdiqlənib. Bildirilib ki, deputatın qardaşı oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır.

N.Əhmədovun əməllərindən zərərçəkənlərin bir yox, bir neçə nəfər olduğu haqda da məlumatlar var.

OXŞAR XƏBƏRLƏR

Mbappe xəstəxanaya yerləşdirildi

“Real Madrid” komandasının hücumçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu haqda klubun rəsmi say...

ev: İran “bir neçə həftə” ərzində nüvə silahı yarada bilər

Vaşinqton administrasiyası hesab edir ki, İran rəhbərliyi belə bir qərar qəbul edərsə, “bir neçə həftə” ərzində nüvə silahı yaratmaq imkanına malikd...

Ərdoğan uşaqlardan Heydər Əliyevi soruşdu, xorla cavab verdilər - VİDEO

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev iyunun 19-u Türkiyənin Kahramanmaraş vilayətində “Azərbaycan” məhəlləsinin açılışında iştirak edib. ...

SEPAH-ın Kəşfiyyat İdarəsinə yeni rəis təyinatı

Məcid Xademi SEPAH-ın Kəşfiyyat İdarəsinə yeni rəis təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədəd "Tasnim" məlumat yayıb.   ...

Silikonlar qadını 22 bıçaq zərbəsindən xilas etdi

Ma adlı 30 yaşlı çinli qadın maşında onu gözləyən cinayətkarın ona 22 bıçaq zərbəsi vurmasından sonra möcüzə nəticəsində sağ qalıb. Gənc qız həyatını ölümcül ya...

Psixi xəstəlikləri buz parçası ilə “müalicə edən” həkim: Volter Friman

Bəzən həkim sadəcə yaxşılıq etmək istəyir... Amma işlər planlaşdırıldığı kimi getməyə bilər. Volter Friman da ruhi xəstəlikləri müalicə etmək istəyirdi, lakin o...