Honkonqda kütləvi aksiya - VİDEO - FOTOLAR
Honkonqda hakimiyyətin Çinə təhvil verilməsinin 22-ci ildönümü münasibətilə kütləvi aksiyalar keçirilir.
"Qafqazinfo”nun "Röyters”ə istinadən xəbərinə görə, nümayişçilər Qanunvericilik Şurasının binasını mühasirəyə alıblar. Onlar binaya girməyə çalışırlar.
Həmçinin qeyd olunur ki, aksiya iştirakçıları binanın qarşısında asılan dövlət bayrağının yanına öz qara pankartlarını asıblar.
Polis etirazçılara qarşı bibər qazı və dubinkalardan istifadə edib.
Qeyd edək ki, Honkonq Çinin xüsusi statusu olan bölgəsidir. İngiltərə XVII əsrdə bu bölgəni ələ keçirib, 1997-ci il iyulun 1-də burada hakimiyyəti Çin Xalq Respublikasına təhvil verib.
Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honkonq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır.