Hadisə yerinə gələn polisi maşın vurdu

Hadisə
11:33 / 01.07.2019
3422
Şirvan şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə gələn Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Babayev Toğrul 52 BK 773 dövlət nömrə nişanlı "VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.
Polis əməkdaşı ağır vəziyyətdə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Sonuncu hadisəni törədən sürücünün əlil olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır