Ramazan ayının ilk günündə məscid partladıldı: 50 ölü
Cəmiyyət
04:59 / 21.06.2015
2271
Yəmən paytaxtında Ramazanın ilk günü terror aktları ilə yadda qalıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, şəhərdəki məscidlərdən birində ard-arda dörd partlayış törədilib.
Terror aktı həyata keçirilən məscidlərdə əsasən şiə məzhəbli əhali ibadət edib. Ölü sayı 50-ni ötüb. Partlayışlar husi üsyançılarının qərargahına yaxın ərazidə yerləşən məsciddə qeydə alınıb. Terror aktı ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Sfera.az