Arif Məmmədov Prezident İlham Əliyevə müraciət etdi

Arif Məmmədov Prezident İlham Əliyevə müraciət etdi

"Cəsarətli qərarlar qəbul etməyin və ölkəni bu natəmizlikdən xilas etməyin vaxtıdır"

Aİ yanında İslam Əməkdaşlıq Təşkilatının keçmiş nümayəndəsi Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.

A.Məmmədovun Facebook səhifəsində dərc edilən məktubunda deyilir ki, səfirlərin ölkə rəhbərliyinə qarşı qəsd hazırlamaları barədə yazılar ölkə pezidentinin ətrafında olan müəyyən şəxslər tərəfindən “ödənilib”.

“Mən əvvəllər də öz məktubumda sizə bildirmişdim ki, Azərbaycan hökumətindəki müəyyən şəxslər öz gərəksiz fəaliyyətlərinə haqq qazandırmaq üçün Qərb, Avropa Şurası, Avropa İttifaqı, indi də səfirlərə qarşı hiylələrə əl atırlar.

Təxribat bu insanların qadir olduqları yeganə nəsnədir. Onlar Azərbaycan xalqına, ağıllı və bacarıqlı insanlara nifrət edirlər, çünki onları gərəksiz olan özlərinə təhlükə kimi görürlər”, - diplomat yazır.

“Cənab prezident,

Cəsarətli qərarlar qəbul etməyin və ölkəni bu natəmizlikdən xilas etməyin vaxtıdır. Bu insanlar sizin imicinizə ziyan vurur və dünyada qəsdən ölkə haqqında mənfi imic yaradırlar. Onlar ölkənin xərçəng şişidir.

Siz həmin insanları çox yaxşı tanıyırsınız. Onlar sizin komandanın sonuncu ən yaxşı kadrlarına hücum edirlər. Bu gün onlar xarici işlər naziri başda olmaqla ölkənin ən yaxşı diplomatlarını hədəf kimi seçiblər.

Əgər siz təcili qərarlar qəbul etməsəniz onlar dayanmayacaqlar. Azərbaycan xalqı sizin düzgün qərarlar qəbul edəcəyinizə ümid bəsləyir”, - bəyanatda deyilir.


OXŞAR XƏBƏRLƏR

Mbappe xəstəxanaya yerləşdirildi

“Real Madrid” komandasının hücumçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu haqda klubun rəsmi say...

ev: İran “bir neçə həftə” ərzində nüvə silahı yarada bilər

Vaşinqton administrasiyası hesab edir ki, İran rəhbərliyi belə bir qərar qəbul edərsə, “bir neçə həftə” ərzində nüvə silahı yaratmaq imkanına malikd...

Ərdoğan uşaqlardan Heydər Əliyevi soruşdu, xorla cavab verdilər - VİDEO

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev iyunun 19-u Türkiyənin Kahramanmaraş vilayətində “Azərbaycan” məhəlləsinin açılışında iştirak edib. ...

SEPAH-ın Kəşfiyyat İdarəsinə yeni rəis təyinatı

Məcid Xademi SEPAH-ın Kəşfiyyat İdarəsinə yeni rəis təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədəd "Tasnim" məlumat yayıb.   ...

Silikonlar qadını 22 bıçaq zərbəsindən xilas etdi

Ma adlı 30 yaşlı çinli qadın maşında onu gözləyən cinayətkarın ona 22 bıçaq zərbəsi vurmasından sonra möcüzə nəticəsində sağ qalıb. Gənc qız həyatını ölümcül ya...

Psixi xəstəlikləri buz parçası ilə “müalicə edən” həkim: Volter Friman

Bəzən həkim sadəcə yaxşılıq etmək istəyir... Amma işlər planlaşdırıldığı kimi getməyə bilər. Volter Friman da ruhi xəstəlikləri müalicə etmək istəyirdi, lakin o...