Bir yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Hadisə
12:04 / 29.06.2019
2431
Xəzər rayonunda bədbəxt hadisə zamanı körpə yaralanıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, Zirə qəsəbəsində 2018-ci il təvəllüdlü Esmira Əliyeva yaşadığı binanın ikinci mərtəbəsində valideyn nəzarətindən kənar pəncərəyə yaxınlaşıb.
Körpə pəncərədən aşağı yıxılaraq ağır xəsarət alıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.