Hindistanda binanın divarı çöküb: 16 ölü
Dünya
11:04 / 29.06.2019
2118
Hindistanın Puna şəhərində inşası davam edən binanın 23 metrlik divarı çöküb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, divarın çöklməsi nəticəsində azı 16 işçi həlak olub.
Bildirilir ki, divarın çökməsinə səbəb güclü yağışlar olub.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.