Gürcüstan rus turistlərin təhlükəsizliyinə zəmanət vermədi
"Tbilisi rus turistlərin təhlükəsizliyinin hüquqi səviyyədə təmin olunması ilə bağlı yazılı təminat verməyəcək”.
"Qafqazinfo”nun "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər nazirinin müavini Aleksandr Xbtisiaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan artıq Rusiyadan bu ölkəyə səyahət edən şəxslərin təhlükəsizliyini təmin edir:
Nazir müavini həmçinin bildirib ki, iyunun 20-də Tbilisidə Rusiya əleyhinə baş vermiş kütləvi aksiyalar daxil olmaqla ümumilikdə son 5 ilin statistikası göstərir ki, Gürcüstanda rus turistlərin başına heç bir dəhşətli hadisə gəlməyib: "Bunu rus turistlərdən soruşub dəqiqləşdirin”.
Xatırladaq ki, iyunun 20-də Gürcüstandakı qarışıqlıqdan sonra Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinə göstəriş verib ki, Gürcüstandakı bütün Rusiya vətəndaşları ölkəyə qaytarılsın.
Putinin digər fərmanına görə isə, iyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinə Gürcüstana vətəndaşları daşımaq müvəqqəti qadağan edilib.