İmamoğlunun gəlişi ilə bələdiyyədə istefalar başladı

İmamoğlunun gəlişi ilə bələdiyyədə istefalar başladı
Əkrəm İmamoğlunun İstanbul Bələdiyyəsi sədrliyinə başladığı ilk gün kütləvi istefalar başlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İBB-nin (İstanbul Böyükşəhər Bələdiyyəsi) hazırkı baş katibi Hayri Baraçlı, köməkçiləri Muzaffer Hacımustafaoğlu, Mevlüt Bulut, Süleyman Karalı, Nihat Macit, Çağatay Kalkancı, Eyyüp Karahan, Adil Karaismailoğlu və hüquq məsləhətçisi Ali Karaaslan ilə birlikdə istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, H. Baraçlı 31 martda ilk dəfə keçirilən bələdiyyə seçkilərindən sonra "xidməti avtomobillər" qalmaqalı ilə gündəmə gəlmişdi.

OXŞAR XƏBƏRLƏR