"KamAz" fəhləni vurub öldürdü

Hadisə
16:30 / 28.06.2019
3361
Bayılda "KamAZ” fəhləni vuraraq öldürüb.
DİN-dən verilən məlumata görə, iyunun 27-də saat 9 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində aparılan tikinti sahəsində Bakı şəhər sakini M.Abdullayev idarə etdiyi "KamAZ” markalı avtomobili arxaya verərkən orada fəhlə işləyən Şəki şəhər sakini Fazil Seyidovu vurub və o, hadisə yerində ölüb.
Araşdırma aparılır.