Türkiyədə bu şəxsə 100 ağac əkmə cəzası verildi - VİDEO
15:58 / 28.06.2019
3146
Türkiyənin Mardin vilayətində səkidəki çinar ağacını səbəbsiz yerə qıran şəxsə maraqlı cəza üsulu tətbiq edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mehmet Oran adlı şəxs məhkəmə qərarı ilə 100 ağac əkməyə məhkum edilib.
Mardinin Qızıltəpə rayonunda bələdiyyə işçiləri səkidəki çinar ağacının qırıldığını görüb və ətrafdakı təhlükəsizlik kameralarının lentə aldığı kadrlara baxıblar. Kadrlarda isə M. Oran adlı şəxsin həmin səki ilə gedərkən ağacı qəsdən qırması ilə üzləşiblər. Bələdiyyə rəhbərliyi həmin kadrları bələdiyyənin rəsmi internet səhifəsində yayımlayaraq məsləni ictimailəşdirib.
Məsələni araşdıran Mardin polisi isə dərhal M. Oranı və iki dostunu saxlayıb.

Psixi sağlamlığı yoxlanan M. O və iki dostu məhkəməyə çıxarılıb. Məhkəmə M. Oranın dostları haqqında bəraət qərarı verib. M. Orana isə qırdığı fidanın qarşılığında 100 fidan əkmə cəzası verilib. O bir müddət xarici ölkələrə çıxa bilməyəcək və hər gün polisə imza verməli olacaq.