60 nəfər qidadan zəhərləndi

60 nəfər qidadan zəhərləndi

Ankaranın Sincan rayonunda sənaye sahəsində çalışan 60 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə Sincan Mütəşəkkil Sənaye Bölgəsində baş verib.

Müəssisənin 60 işçisi yedikləri yeməkdən sonra mədə bulantısı və baş dönməsi şikayəti ilə xəstəxanalara aparılıb.

İşçilərdən heç kimin həyatının təhlükədə olmadığı bildirilir.


 

 

OXŞAR XƏBƏRLƏR