Güləşçilərimizin 4 bürünc medal qazanmaq şansı – YENİLƏNİB

Güləşçilərimizin 4 bürünc medal qazanmaq şansı –  YENİLƏNİB

Sərbəst güləşçilərin mübarizəsi davam edir.

61 kq çəki kateqoriyasında çıxış edən güləşçimiz Hacı Əliyev yarımfinalda rusiyalı Aleksandr Boqomoyevlə qarşılaşıb. Görüş rusiyalının xeyrinə başa çatıb – 5:2.

Sfera.az xəbər verir ki, bununla belə, Əliyev üçüncü yer uğrunda mübarizəni davam etdirəcək. O, saat 19:00-da bürünc medal uğrunda türkiyəli Recep Aktaş Minurla qarşılaşacaq.

70 kq çəki kateqoriyasında çıxış edən idmançımız Ruslan Dibirhacıyev də 1/8 finalda məğlubiyyətdən sonra bürünc medal uğrunda mübarizə aparacaq.

Dibirhacıyev bürünc medal uğrunda Davit Tlaşadze (Gürcüstan) ilə mübarizə aparacaq. Görüş saat 19:28-də başlayacaq.

86 kq çəki kateqoriyasında çıxış edən idmançımız 1/4 finalda rusiyalı Abdulrəşid Sadulayevə məğlub olduqdan (1:11) sonra bürünc medal uğrunda mübarizə aparacaq.

İdmançımız 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə qarşılaşacaq, görüş saat 20:00-da başlayacaq.

125 kq çəki kateqoriyasında çıxış edən idmançımız Camaləddin Maqomedov 1/8 finalda məğlubiyyətdən sonra üçüncü yer uğrunda Slovak Soslan Qaqloyevlə qarşılaşacaq. Görüş saat 20:52-də başlayacaq.

12:38

61 kq çəki kateqoriyasında çıxış edən güləşçimiz Hacı Əliyev 1/4 finalda da qalib gəlib.

Sfera.az xəbər verir ki, dünya çempionumuz Bolotnyuku 11:0 hesabı ilə məğlub edib.

Yarımfinalda idmançımız Aleksandr Boqomoyevlə qarşılaşacaq.

70 kq çəki dərəcəsində güləşçimiz Ruslan Dibirhacıyev 1/8 finalda polşalı Maqomedmurad Hacıyevlə döyüşüb.

İdmançımız 2:7 hesabı ilə uduzub.

86 kq çəki dərəcəsində güləşçimiz Nurmaqomed Hacıyev 1/8 finalda bolqar Georgi Sredkova qalib gəlib – 14:2.

Lakin 1/4 finalda idmançımız rusiyalı Abdulrəşid Sadulayevə uduzub – 1:11.

125 kq çəki kateqoriyasında çıxış edən sərbəst güləşimiz Camaləddin Maqomedov isə ilk görüşündə litvalı Yonas Rudaviçiusa qalib gəlib – 10:0.

Daha sonra Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə güləşib və 5:2 hesabı ilə uduzub.

12:37

61 kq çəki kateqoriyasında yarışan idmançımız Hacı Əliyev 1/8 final mərhələsində erməni idmançısı Valodiya Franqulyanla qarşılaşıb.

Sfera.az xəbər verir ki, gərgin keçən görüş idmançımızın hesablı qələbəsi ilə başa çatıb.

Əliyev Franqulyanı 7:0 hesabı ilə darmadağın edib.

İdmançımız 1/4 finalda Mikola Bolotnyukla görüşəcək.

09:55

Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatacaq.

Sfera.az apasport-a istinadən xəbər verir ki, baş tutacaq 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşacaq.

İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunacaq.

61 kq çəki kateqoriyasında Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də Ermənistanın təmsilçisi ilə qarşılaşacaq.

Avropa və dünya çempionumuz ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə təsadüf edəcək görüş saat 10:49-da başlayacaq.

70 kq çəki kateqoriyasında Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılacaq. 27 yaşlı güləşçimiz bu mərhələdə Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibini gözləyir.

86 kq çəki kateqoriyasında Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayacaq. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək. Qarşılaşma saat 10:56-da start götürəcək.

125 kq çəki kateqoriyasında Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək. Döyüş saat 10:21-də başlayacaq.

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.


OXŞAR XƏBƏRLƏR