İnquşetiyanın istefa verən rəhbəri Rusiya müdafiə nazirinin müavini olacaq?
Dünya
16:45 / 27.06.2019
2914
İnquşetiyanın eks-lideri Yunusbek Yevkurova yeni vəzifə veriləcək.
Məlumatı "Kommersant” qəzeti yayıb.
Məlumata görə, Y.Yevkurov Rusiya müdafiə nazirinin müavini olacaq.
Qeyd edək ki, Yevkurov bir müddət öncə İnquşetiyanın rəhbəri vəzifəsindən istefaya gedib. 11 il bu vəzifəni tutan Yevkurov general-mayordur. O, İnquşetiya rəhbəri olmazdan qabaq Hərbi Desant Qüvvələrində rəhbər vəzifələrdə olub, Şimali Qafqazdakı antiterror əməliyyatlarında, eləcə də Balkanlarda serblərə dəstək əməliyyatlarında iştirak edib.