3 qadın güləşçimiz yarımfinala vəsiqə qazandı

3 qadın güləşçimiz yarımfinala vəsiqə qazandı

Azərbaycan güləşçisi Mariya Stadnik "Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Virtualaz.org bildirir ki, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı polşalı Anna Lukasiakdan güclü olub - 10:0.

O, rəqibini 52 saniyəyə məğlub edib.

Stadnik yarımfinalda türkiyəli Evin Demirhanla qarşılaşacaq.

Ondan sonra Azərbaycanın daha iki güləşçisi də "Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Bunlar Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyevadır (76 kq).

Bu gün, həmçinin iki çəki dərəcəsində kişi güləşçilərimiz qızıl medal uğrunda mübarizə aparacaqlar. Hacı Əliyev (65 kq) finalda gürcü Vladimir Xinçeqaşvili, Nurməhəmməd Hacıyev (97 kq) isə Rusiya təmsilçisi Albdurəşid Sadullayev ilə qarşılaşacaqlar. H.Əliyev Bakı vaxtı ilə saat 19:50-də, N.Hacıyev isə saat 20:40-da xalça üzərinə çıxacaqlar.

Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev və Cəmaləddin Maqomedov (125 kq) bürünc medal qazanıblar. Hazırda Azərbaycan yığmasının aktivində 1 qızıl, 4 gümüş və 9 bürünc medal var.


OXŞAR XƏBƏRLƏR

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey&...

Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar teda...