Şamaxıda toy günü qardaşını güllələyən Rusiya vətəndaşı 2 il cəza aldı – FOTOLAR

Şamaxıda toy günü qardaşını güllələyən Rusiya vətəndaşı 2 il cəza aldı –  FOTOLAR

Sözlü mübahisə qanlı sonluqla yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində RF vətəndaşı Mais Şahməmmədovun (1970-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.

2014-cü il mayın 29-da Şamaxırayonunun Sabir qəsəbəsində rayon sakini Feyruz Şahməmmədov (1965-ci il təv.) şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qardaşı oğlu Heybətə (1993-cü il təv) “Makarov” konstruksiyalı tapançadan atəş açaraq onu ayağından yaralayıb. Oğlunun əmisi tərəfindən güllələndiyini görən Mais Şahməmmədov qardaşı Feyruzun əlindən tapançanı alaraq onun ürək və baş nahiyəsinə iki dəfə atəş açıb, nəticədə sonuncu hadisə yerində dünyasını dəyişib.Xəsarət alan Heybət Şahməmmədov Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və göstərilən tibbi yardımlar nəticəsində həyatı xilas edilib.

Daxil olan məlumat əsasında RPŞ və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub,M.Şahməmmədov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, mərhum Feyruz Şahməmmədov iki gün öncə qızına toy edib, həmin gün isə oğlan toyu olmalı idi. Mais Şahməmmədov oğlu ilə Moskvadan gəlib. Feyruzla evləri bir həyətdə olduğu üçün Mais evin açarını Rusiyaya gedərkən qardaşına verdiyi üçün, ondan açarları istəyib. Feyruz isə açarları verməyərək, ondan bu həyətdən çıxıb getməsini tələb edib. Mübahisəyə atası ilə yanaşı Heybət də qatılıb, Feyruz onları qızının toyunda görmək istəmədiyini bildirib. Sözlü mübahisə qanlı sonluqla yekunlaşıb.

Məhkəmə prosesində Mais Şahməmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Məhkəmə kollegiyası hesab edib ki, təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı əməli CM-nin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif olunmalıdır və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Beləliklə də, məhkəmənin hökmü ilə Mais Şahməmmədov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. /file/articles/oxu.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...