"Minsk-2019": Hacı Əliyev bir gündə iki ermənini udub finala çıxdı - YENİLƏNİB

Hacı Əliyev yarımfinal görüşünə çıxıb.

Sfera.az xəbər verir ki, onun rəqib Ukraynanı təmsil edən erməni əsilli Hor Ohanesyan olub. İlk yarı Ohanesyanın üstünlüyü ilə tamamlanıb. İkinci hissədə isə Hacı Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Finalda Hacı Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.

16.08
 
Hacı Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gəlib.

Sfera.az xəbər verir ki, o, Koliyevi də 7:5 hesabı ilə üstələyərək yarımfinala çıxıb. Finala gedən yolda 28 yaşlı idmançı daha bir erməni - Ukrayna təmsilçisi Hor Ohanesyanla qarşılaşacaq.

97 kq çəkidəki Nurməhəmməd Hacıyev isə 1/8 finalda polşalı Radoslav Baranı məğlubiyyətə uğradıb - 6:0. Onun 1/4 finaldakı rəqibi gürcüstanlı Elizbar Odikadze olub. N.Hacıyev 7:3 hesablı qələbə sayəsində yarımfinala yüksəlib və o da Ukrayna təmsilçisi - Murazi Mçedlidze ilə görüşəcək.

13.41

97 kq çəki dərəcəsində yarışan Nurməhəmməd Hacıyev 1/8 finalda polşalı Radoslav Baranla qarşılaşıb.

Sfera.az xəbər verir ki, döyüş idmançımızın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb. Onun 1/4 finaldakı rəqibi isə gürcüstanlı Elizbar Odikadze olacaq.

Hacı Əliyevin də 1/4 finaldakı rəqibi müəyyənləşib. Həmyerlimiz yarımfinala vəsiqə uğdunda belaruslu Georgi Koliyevlə üz-üzə gələcək.

12.45

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.

Sfera.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyanla qarşılaşıb. 65 kq çəki dərəcəsində baş tutan görüşdə idmançımız rəqibini 6:0 hesabı ilə məğlub edib. 

Digər sərbəst güləşçimiz Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək.

86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR

Başını 120 dərəcə geriyə çevirə bilən "Bayquş Adam" - FOTO

Təsəvvür edin ki, 1920-ci illərdə sirkə gedirsiniz, səhnədə kimsə arxasını sizə tutub qəfildən başını tamamilə çevirib gözünüzə baxır. Bunu edərkən ən kiçik bir...

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...