“Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” - TRAMP İRANI HƏDƏLƏDİ

“Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” - TRAMP İRANI HƏDƏLƏDİ
ABŞ prezidenti Donald Tramp "hansısa Amerika hədəfinə” hücum edərsə İranı "tam məhv etməklə” hədələyib.

Virtualaz.org xəbər verir ki, Tramp bu hədəsini özünün Twitter bloqunda yerləşdirib.

Trampın sözlərinə görə, İranın Amerika hədəflərinə hücumu "nəhəng və əzici güclə” qarşılanacaq.

"Bəzi sahələrdə əzici güc tətbiqi tam məhv edilmə demək olacaq...Bir daha heç bir Con Kerri və Obama olmayacaq!”-ABŞ prezidenti bildirib.

Trampın belə bəyanatı İran prezidenti Həsən Ruhaninin Vaşinqton tərəfindən ali dini lider Xameneyini də hədəf alan sanksiyaların tətbiqinə dair dediklərinə reaksiyadır. İran prezidenti bildirmişdi ki, Amerika administrasiyasını "ağıldan kəmlik bürüyüb” və onlar nə etdiklərinin fərqində deyillər.

Tehranla Vaşinqton arasında gərginlik İranın Hörmüz körfəzi üzərində ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsini vurmasından sonra daha da gərginləşib. Tramp pilotsuz təyyarənin vurulmasına cavab olaraq İranın üç hərbi obyektinə zərbələrin endirilməsi barədə əmr verib. Lakin hücum cəmi 10 dəqiqə qalmış əmrini geri götürüb.

Bununla belə ABŞ prezidenti deyib ki, İranın vurulması əmrini ləğv etməyib, sadəcə təxirə salıb və hərbi əməliyyatlar planı onun masası üzərində qalır. Habelə Tramp Konqresin arzılığı olmadan İrana qarşı hərbi əməliyyatlar əmrini vermək səlahiyyətinin olduğunu bildirib.

ABŞ prezidentinin bu bəyanatından sonra iki konqresmen ölkənin hərbi büdcəsinə Trampı Konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyatlara başlamaq səlahiyyətindən məhrum edən düzəliş təklif ediblər. Demokrat Ro Hanna və respublikaçı Mett Hets tərəfindən təklif edilən düzəlişlərə əsasən Konqresin razılığı olmadan başladılan hərbi əməliyyatlara maliyyə ayırmaq qadağan edilməlidir.

Ro Hanna bildirib ki, Tramp seçki kampaniyası zamanı xaricdə müharibələrə pul xərcləməyi dayandıracağını demişdi, amma bu vədini yerinə yetirmir. Onun sözlərinə görə, Yaxın Şərqdə məqsədsiz, qeyri-konstitusion, sonu görünməyən müharibələr ABŞ-ı möhkəmləndirmir, əksinə, zəiflədir. 

OXŞAR XƏBƏRLƏR