Əkrəm İmamoğlu ailəsinin və özünün sərvətini açıqladı

Əkrəm İmamoğlu ailəsinin və özünün sərvətini açıqladı
23 iyunda İstanbul Böyük Şəhər Bələdiyyəsinin Sədri seçilən Əkrəm İmamaoğlunun sərvəti məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ə.İmamoğlunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ə.İmamoğlunun  4 milyon 841 min TL (835 490 dollar) dəyərində 17 daşınmaz əmlakı mövcuddur. İstifadə etdiyi "Jeep” markalı avtomobilin qiyməti isə 255 min TL-dir (43 836 dollar). Bundan əlavə İmamoğlunun bank hesabında 1 milyon 397 min TL (240 240 dollar) nəğd pulu, 841 min TL (145 145 dolar) dəyərinədə qızıl və brilliantı var. Ə.İmamoğlunun öz şirkətlərinə isə 3 milyon 85 min TL(532 428 dollar) borcu var.

OXŞAR XƏBƏRLƏR