Popkorn sağlamlığa zərərlidirmi?

Popkorn sağlamlığa zərərlidirmi?
İnsanlar arasında belə bir deyim var: "Zərərli olan hər şey dadlı, faydalı olan hər şey isə dadsızdır”. Amma bu hər zaman belə olmur. Belə qidalardan popkornu düşünün. Daha çox filmə baxarkən yeyilən popkorn dənəciklərinin bir çox insan zərərli olduğunu düşünür. Əslində isə bu belə deyil. Mütəxəssislərin fikrincə, popkornun zərərli olması onu necə istehlak etməyinizdən asılır.
 
Yeniavaz.com popkornun faydalarını təqdim edir:
Bir ovuc yəni, təxminən 20 qram popkornun tərkibində
 
- Kalori: 35
- Protein: 1 qr
- Yağ: 0.4 qr
- Karbohidrat: 6 qr
- Lif: 1 qr
- Sodium: 1 mlq
- Şəkər: 0.07 qr var.
 
Tərkibindən də göründüyü kimi popkornda düşünüldüyü qədər çox kalori və yağ yoxdur. Buna görə də mütəxəssislər popkornun insan sağlamlığına zərərli olmadığını deyirlər.
 
Bəs nə qədər popkorn yesək sağlamlığa zərərli olar? 
 
Qeyd etdiyimiz bu tərkib yağsız və duzsuz halda hazırlanan popkorundur. İstər evdə bişirilən zaman, istərsə də kənardan aldığımız zaman bu belə olmur. Mütləq popkorn dənəciklərini dadlandırmaq üçün ona müxtəlif ədviyyatlar əlavə edilir. Bu zaman isə normadan artıq istehlak edildiyində orqanizmə zərərli olur. Buna görə də, dünyaca məşhur qidalanma mütəxəssisi Ebiy Langer deyir ki, popkornla bağlı əsas məsələ onu həddindən artıq çox yeməkdir: "Xüsusilə yağ və duz əlavə edilmiş halını yesəniz bu zaman normadan artıq kalori qəbul etmiş olacaqsız. Ən yaxşı variant popkornları evdə yağsız və duzsuz hazırlamaqdır”.
 
Bundan əlavə 1 pors popkornun tərkibində 300 ml qram polifenol adlı antioksidant var. Bu da meyvə və tərəvəzlərdə olan antioksidantlardan daha çoxdur.

OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...