Ərdoğan İmamoğlunu təbrik, Yıldırıma təşəkkür etdi

Ərdoğan İmamoğlunu təbrik, Yıldırıma təşəkkür etdi
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul sekilərinin yenilənməsinin sonra rəhbərlik etdiyi partiya ilə iclas keçirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, o iclasda çıxışı zamanı sözlərinə İstanbulun yeni bələdiyyə sədri Əkrəm İmamoğlunu təbrik edərək başlayıb. O seçkilərin nəticəsinə görə xalqdan küsmədiyini dilə gətirib: "Bizim siyasət anlayışımızda xalqdan küsmək, incimək hətta xalqı günahlandırmaq qətiyyən yoxdur. İstanbul seçkilərinin yenilənməsinin millətə xeyirli olmasını arzu edirəm. İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlunu isə təbrik edirəm".
O həmçinin AKP namizədi Binəli Yıldırıma da təşəkkür edib: "Çox istərdik ki, seçkiləri B. Yıldırım qazansın. Ona da göstərdiyi səylərə görə təşəkkür edirəm".

OXŞAR XƏBƏRLƏR