Tramp qanunsuz miqrantların kütləvi deportasiyasını təxirə saldı

Tramp qanunsuz miqrantların kütləvi deportasiyasını təxirə saldı

ABŞ Prezidenti Donald Tramp qeyri-leqal miqrantların kütləvi şəkildə deportasiyasını təxirə salmağı qərara alıb.

 

Donald Tramp qeyri-leqal miqrantlar barəsində təxirə salınmaz tədbirlər görüləcəyini elan edəndən sonra ABŞ -ın Miqrasiya və Gömrük Polisi (ICE) iyunun 23-dən etibarən deportasiya prosesinin icrasına başlamağı planlaşdırırdı, lakin bu gün Ağ Evin tvitter səhifəsində Trampın belə bir bəyanatı yerləşdirilib ki, Prezident qeyri-leqal miqrantların ölkədən çıxarılmasını prosesini demokratların xahişi ilə iki həftə təxirə salmağı qərara alıb.

 

Tramp vəd edib ki, əgər bu iki həftə ərzində demokratlarla respublikaçılar ölkənin cənub sərhədində sığınacaqlarla bağlı problemlərin həlli barədə razılığa gələ bilməsələr Prezident öz sərəncamının icrası məsələsinə qayıdacaq.

 

Xatırladaq ki, Tramp hələ iyunun 17-də ICE nümayəndələrinin artıq növbəti həftədə "milyonlarla” qeyri-leqal miqrantın deportasiyasına hazırlaşdığını bildirmişdi. Miqrasiya xidməti əməkdaşının sözlərinə görə, yerli bölmələrdəki agentlər deportasiyanın həyata keçirilməsi qaydalarına dair təlimat keçirlər. Qarışıq miqrasiya statusuna malik olan ailələr üçün (yəni, məsələn valideyn qeyri-leqal, uşaq isə ABŞ vətəndaşı olduğu halda) hazırlıq tədbirləri də nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...