Emin Ağalarov Janna Friskenin vida mərasimində - FOTOLAR

Emin Ağalarov Janna Friskenin vida mərasimində -  FOTOLAR

Bu gün məşhur rusiyalı müğənni Janna Friske ilə vida mərasimi keçirilib.
Mərasimdə mərhum müğənninin ailəsi, rəfiqələri və sənət dostları iştirak edib.

Onlar arasında müğənni Emin Ağalarov, Valeriya, Katya Lel, Sergey Lazarev, Aleksandr Oveçkin, Mitya Fomin, Nataliya Koroleva və başqa məşhurlar olub.

Friskenin valideynləri ilə yanaşı dostları da göz yaşlarını saxlaya bilməyiblər. Jannanın dəfni isə sabah olacaq.

Qeyd edək ki, J.Friskeyə ötən ilin yanvarında beyin xərçəngi diaqnozu qoyulmuşdu. Müğənninin Almaniya və ABŞ-da müalicəsi üçün xeyriyyə fondları tərəfindən vəsait toplanmışdı. 2014-cü ilin oktyabrında Moskvaya qayıdan Janna KİV-ə müsahibəsində bundan sonra səhnəyə qayıtmayacağını bildirmişdi.

J.Friske ömrünün sonuncu aylarını Moskvada həyat yoldaşı Dmitri Şepelev və oğlu Platonla keçirib.

Xatırladaq ki, Janna 1996-2003-cü illərdə “Blestyaşie” qrupundakı fəaliyyəti ilə məşhurlaşıb. Daha sonra solo karyerasına başlayan müğənni "Ночной дозор" (“Gecə patrulu”), "Дневной дозор" (“Gündüz patrulu”), "О чем говорят мужчины" (“Kişilər nə haqda danışır”) filmlərində də çəkilib.


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məşhur rok əfsanəsi özünü klonlamaq üçün DNT-sini satışa çıxarır

Britaniyalı rok müğənnisi, musiqiçi, “Black Sabbath” qrupunun yaradıcılarından biri və üzvü olan 76 yaşlı ağır xəstə Ozzi Osburn içkilər istehsal ed...

Cənub rayonlarında işıq olmayacaq - SƏBƏB

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində 20 iyun tarixində təmir işləri aparılacaq...

Həkim olmaq istəyirik - Qəbul imtahanında maksimum bal toplayanlar

Fidan Əliyeva və Ləman Əliyeva da iyunun 1-də keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə maksimum nəticə - 400 bal toplayan abituriyentlərdəndir.  ...

Regionİranın XİN rəhbərini ÖLDÜRMƏK İSTƏDİLƏR

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) hərbçiləri bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas...

Mbappe xəstəxanaya yerləşdirildi

“Real Madrid” komandasının hücumçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu haqda klubun rəsmi say...

ev: İran “bir neçə həftə” ərzində nüvə silahı yarada bilər

Vaşinqton administrasiyası hesab edir ki, İran rəhbərliyi belə bir qərar qəbul edərsə, “bir neçə həftə” ərzində nüvə silahı yaratmaq imkanına malikd...