Baş həkim: “İlk dəfədir belə hadisə ilə qarşılaşırdıq, it qadının qulağını qoparmışdı”

Sağlıq
12:30 / 24.06.2019
2697
Zaqatalada öz həyətində saxladığı itin hücumuna məruz qalmış 81 yaşlı Pirdas İsrafilovanın vəziyyəti yaxşılaşıb, həyati təhlükəsi yoxdur.
Bunu virtualaz.org-a Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev bildirib. M.Əliyev deyib ki, it qadının sol qulağını qoparıb. Yaralıya quduzluq əleyhinə peyvənd olunub.
"İt dişləməsi ilə bağlı müraciətlər daxil olur, amma ilk dəfə idi ki, belə hadisə ilə rastlaşırdıq. İt qadının sol qulağını tamamilə qoparmışdı”, - baş həkim əlavə edib.
Hadisə iyunun 22-də baş verib. P.İsrafilova səhər həyətindəki heyvanları yemləyirmiş, bu zaman it hücum edib onun qulağını dişləyib.