AKP üçün sonun başlanğıcı? - 17 illik məğlubedilməzlik mifi dağıldı

AKP üçün sonun başlanğıcı? - 17 illik məğlubedilməzlik mifi dağıldı
 

"İstanbul seçkisi AKP-nin məğlubedilməzlik sindromuna ciddi zərbə vurdu. Ona görə AKP-nin bu uğursuzluğu onun məğlubiyyətə gedən yolunun başlanğıcı kimi səciyələndirilir.”


Sfera.az-a açıqlamasında İstanbulda baş tutan bələdiyyə seçkilərinin nəticələrini dəyərləndirərkən politoloq Nəzakət Məmmədova belə deyib.


Onun sözlərinə görə, bu nəticələr həm gözlənilən idi, həm də gözlənilməz oldu: "Əldə olunan nəticələr son 17 ildə AKP-nin uğradığı ən böyük məğlubiyyətdir. AKP-nin son 17 ildə ilk dəfə məğlubiyyətə düçar olması, İstanbul kimi mühüm şəhəri itirməsi ciddi hadisədir. Aydın məsələdir ki, İstanbulun itirilməsi həm də Türkiyənin itirilməsi kimi qəbul olunur.Ona görə AKP-nin İstanbul məğlubiyyəti onun məğlubiyyətə gedən yolunun başlanğıcı kimi səciyələndirilir”.

 

Həmsöhbətimizin fikrincə, qarşıdakı illərdə hakim partiya və onun lideri Ərdoğanı daha çətin proseslər gözləyir: "Bundan sonra AKP-ni daha çətin dönəm gözləyir. Qarşıdakı prezident və parlament seçkiləri ərəfəsi iri bir şəhərdə sanki müxalifətin anklavı yarandı. Belədə, 2023-cü ildə Ərdoğan üçün çox çətin olacaq”.

 

Qeyd edək ki, iyunun 23-də İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində CHP-dən olan müxalifət namizədi Əkrəm İmamoğlu 55,03, hakimiyyətin namizədi Binəli Yıldırım 45,09 səs toplayıb. Aradakı səs fərqi 777 min 581 olmaqla İmamoğlunun xeyrinədir.

Elçin


OXŞAR XƏBƏRLƏR

"Card-to-Card" edənlər DİQQƏT: Rüsum çox tutula bilər

Kartdan karta əməliyyatlar, pul köçürmələri və ödənişlərin həyata keçirilməsi zamanı istifadəçilərin qarşılaşdığı komissiyalar zaman-zaman yüksək ola bilir. ...

Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? –RƏSMİ AÇIQLAMA

"Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi 3-4 aya tam yekunlaşacaq".   Sfera.az xəbər ver...

Avstriya Prezidentindən başsağlığı

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə başsağlığı verib.   Sfera.az xəbər verir ki, başsa...

Cənub bölgəsinin bəzi yerləri işıqsız qalacaq

Yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq...

Diplomatiyada qazandığım təcrübə Milli Məclisdə mənə dəstək olur -MÜSAHİBƏ

Zaur Şükürov: “Azərbaycan Suriyanın bərpasına mümkün dəstək göstərə bilər”   “Ölkəmiz hansı təşkilata daxil olur və ya sədrlik...

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edildi

Yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib.   Bu barədə Sfera.az-a TƏBİB-dən bildirilib.   TƏBİB-...