Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər
 

Mingəçevir çimərliyində istirahət edən şəxslərlə ərazidə məskunlaşan məcburi köçkün ailəsi arasında dava yaranıb.

Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə Mingəçevir Su Anbarında yerləşən və "Üçüncü buxta" adlanan çimərlikdə baş verib.

Belə ki, keçmiş turist bazası ərazisində məskunlaşan məcburi köçkün 39 yaşlı Kəlbəcər rayon sakini Məmişov Niyaməddin Müseyib oğlu və  həyat yoldaşı Məmişova Aynurə İsax qızı ilə çimərlikdə istirahət edən bir qrup şəxs arasında mübahisə və münaqişə yaşanıb. Hadisə ailənin azyaşlı körpələrinin gözləri önündə baş verib. A.Məmişova övladları ilə birgə ərazidə heyvanları otararkən naməlum şəxslər tərəfindən nalayiq ifadələrlə təhqir olunub. Hadisədən xəbər tutan əri N.Məmişov da ora gəlib və bundan sonra tərəflər arasında mübahisə və münaqişə yaşanıb.

Nəticədə ailə başçısı N.Məmişov kürək və qabırğa nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya aparılaraq müayinə olunub və lazımi tibbi yardım alıb. O da məlum olub ki, zərərçəkənə münaqişə zamanı daşla da zərbə endirilib.

Baş vermiş hadisə ilə bağlı ailə polis orqanına müraciət edib. Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...