Zaqatalada dəhşətli qəza - 2 nəfər öldü

Zaqatalada dəhşətli qəza - 2 nəfər öldü
 

Bu gün səhər 05 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral sərhəd yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissəsində qəza baş verib. 

"Qafqazinfo” xəbər verir ki, Balakən rayonu Katex kənd sakini, 1959-cu il təvəllüdlü Şamsuda Carullah oğlu Osmanovun idarə etdiyi "Shacman” markalı 90 ST 247 dövlət nömrə nişanlı iritonnajlı yük maşını ilə "VAZ 2109” markalı, 62 BK 865 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. 

Qəza nəticəsində "Shacman”ın sürücüsü xəsarət almasa da, minik avtomobilində olan Zaqatala şəhər sakini 1987-ci il təvəllüdlü Çingiz Hacıbəy oğlu Sulxayev və şəxsiyyəti hələ dəqiqləşməyən daha bir nəfər aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. 

Minik avtomobilində olan daha bir nəfər, rayonun Qazangül qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rafiq Yunus oğlu Bəkirov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Xəstəxanadan verilən məumata görə, R. Bəkirovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...