Alimlər: “Yer kürəsi yeni “məhvolma mərhələsinə” daxil olub”
Cəmiyyət
16:34 / 20.06.2015
2315
Söhbət növlərin kütləvi məhvolmasının sayca 6-cı mərhələsindən gedir.
Yer kürəsi yeni məhvolma mərhələsinə daxil olub, və ilk olaraq məhz insanların nəsli kəsilə bilər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 3 nüfuzlu universitetinin apardığı tədqiqatların nəticəsində bildirilir.
Stenford, Prinston və Kaliforniya universitetlərinin birgə hazırladıqları hesabatda qeyd olunur ki, fəqərəlilər Yer üzündən rekord templərlə silinməkdədir.
Alimlərin sözlərinə görə, söhbət növlərin kütləvi məhvolmasının sayca 6-cı mərhələsindən gedir.
Bundan əvvəlki mərhələ 65 milyon il əvvəl başa çatmışdı. O zaman Yer kürəsində bütün növ dinozavrlar məhv olmuşdur.