Keçmiş nazir yeni vəzifəsində bu işləri görəcək

Keçmiş nazir yeni vəzifəsində bu işləri görəcək

Dünən prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.

"Qafqazinfo" xəbər verir ki, Prezident yanında Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb.

Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Konstitusiyanın 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Şuraya vitse-prezident, Milli Məclisin sədri, Baş Nazir, Prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, Baş prokuror, Xarici İşlər naziri, Müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.

Şuranın Katibi funksiyalarını dünənki sərəncama qədər Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirirdi. Şuranın katibi Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası onun təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.


OXŞAR XƏBƏRLƏR

"Card-to-Card" edənlər DİQQƏT: Rüsum çox tutula bilər

Kartdan karta əməliyyatlar, pul köçürmələri və ödənişlərin həyata keçirilməsi zamanı istifadəçilərin qarşılaşdığı komissiyalar zaman-zaman yüksək ola bilir. ...

Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? –RƏSMİ AÇIQLAMA

"Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi 3-4 aya tam yekunlaşacaq".   Sfera.az xəbər ver...

Avstriya Prezidentindən başsağlığı

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə başsağlığı verib.   Sfera.az xəbər verir ki, başsa...

Cənub bölgəsinin bəzi yerləri işıqsız qalacaq

Yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq...

Diplomatiyada qazandığım təcrübə Milli Məclisdə mənə dəstək olur -MÜSAHİBƏ

Zaur Şükürov: “Azərbaycan Suriyanın bərpasına mümkün dəstək göstərə bilər”   “Ölkəmiz hansı təşkilata daxil olur və ya sədrlik...

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edildi

Yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib.   Bu barədə Sfera.az-a TƏBİB-dən bildirilib.   TƏBİB-...