Azərbaycan polisi 23 yaşlı bu qızı axtarır

Azərbaycan polisi 23 yaşlı bu qızı axtarır
İsmayıllının Zərnava kənd sakini Yusif Abdurəhmanov 04.06.2015-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan qızı, 04.01.1992-ci il təvəllüdlü Səidə Abdurəhmanovanın bu il iyun ayının 2-də saat 12.00 radələrində evdən xəbərsiz çıxaraq getdiyini, bir daha geri qayıtmadığını bildirib. Anspress-in məlumatına görə, bu barədə lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, Səidə Abdurəhmanovanın xarakterik əlamətləri aşağıdakılardır: Boyu 160 santimetr, gözlərinin rəngi şabalıdı, saçları uzun və qara rəngli, sifəti ağbənizdir.

Evdən çıxan zaman Səidənin əynində tünd göy rəngli cins şalvar, ön hissəsində qırmızı rəngli gül şəkilləri olan qısaqol ağ köynək, tünd göy rəngli gödəkçə, ayağında isə göy idman çəkməsi olub.

Səidə Abdurəhmanovanı görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan (050) 211-31-84 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Məşhur rok əfsanəsi özünü klonlamaq üçün DNT-sini satışa çıxarır

Britaniyalı rok müğənnisi, musiqiçi, “Black Sabbath” qrupunun yaradıcılarından biri və üzvü olan 76 yaşlı ağır xəstə Ozzi Osburn içkilər istehsal ed...

Cənub rayonlarında işıq olmayacaq - SƏBƏB

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində 20 iyun tarixində təmir işləri aparılacaq...

Həkim olmaq istəyirik - Qəbul imtahanında maksimum bal toplayanlar

Fidan Əliyeva və Ləman Əliyeva da iyunun 1-də keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə maksimum nəticə - 400 bal toplayan abituriyentlərdəndir.  ...

Regionİranın XİN rəhbərini ÖLDÜRMƏK İSTƏDİLƏR

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) hərbçiləri bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas...

Mbappe xəstəxanaya yerləşdirildi

“Real Madrid” komandasının hücumçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu haqda klubun rəsmi say...

ev: İran “bir neçə həftə” ərzində nüvə silahı yarada bilər

Vaşinqton administrasiyası hesab edir ki, İran rəhbərliyi belə bir qərar qəbul edərsə, “bir neçə həftə” ərzində nüvə silahı yaratmaq imkanına malikd...