Zelenski özündən əvvəlki prezidentlərin 200 fərmanını ləğv etdi
Dünya
19:17 / 20.06.2019
3965
Ukrayna prezidenti Vladimir Zelenski özündən əvvəlki prezidentlərin 200 ədəd fərmanını ləğv edib.
Sfera.az "Qafqazinfo”-ya isitinadən xəbər verir ki, həmin fərmanların siyahısı prezidentin saytında dərc olunub. Zelenskinin sözlərinə görə, bu sənədlər ölkə iqtisadiyyatına mane olurlar.
Ləğv edilən fərmanlar arasında kassalarda işin pozulmasına görə nəzərdə tutulan cərimələr və məktəbli formaların hazırlanması üçün xarici istehsal olan parçalardan istifadənin qadağan edildiyi sənədlər də var.