Pentaqon təsdiqlədi: İran ABŞ-ın strateji pilotsuz təyyarəsini vurdu
Dünya
13:51 / 20.06.2019
2214
ABŞ-ın Mərkəz komandanlığının nümayəndəsi, kapitan Bill Urban Tehranın Birləşmiş Ştatlara aid pilotsuz kəşfiyyat təyyarəsini vurması haqda bəyanatını şərh etməyib. O, "Assosiated press” agentliyinə bunu deyib: "İran ərazisi üzərində həmin vaxt Amerika pilotsuz təyyarələri olmayıb”.
Lakin Amerika administrasiyasının nümayəndəsi "Fox News” telekanalının Pentaqondakı müxbiri Lukas Tomlinsona Hörmüz boğazı üzərində, beynəlxalq hava məkanında MQ-DS Triton strateji pilotsuz təyyarəsinin İran tərəfindən vurulduğunu təsdiqləyib. Bu, RQ-4 Global Hawk strateji pilotsuz kəşfiyyat təyyarəsinin hərbi-dəniz qüvvələri üçün nəzərdə tutulmuş versiyasıdır.
Uzunluğu 14.5 metr olan təyyarə "Northrop Grumman” korporasiyası tərəfindən istehsal olunur, reaktiv mühərriklə təchiz olunub və 20 kilometrə qədər yüksəkliyə qalxır, havada 30 saata qədər qala bilir.
İsrail mənbələri bildirir ki, ABŞ ilk dəfədir bu tipli pilotsuz təyyarəni itirir.
"Fox News” telekanalının təyyarənin vurulduğunu təsdiqləməsindən sonra İnqilab Keşikçiləri Korpusu növbəti açıqlama yayaraq bildirib ki, təyyarə Hörmüz körfəzi üzərində uçub, daha sonra İran hava məkanına daxil olarkən vurulub.
İran bundan əvvəl də ABŞ-ın pilotsuz təyyarələrinə hücumlar edib, onlardan bir neçəsini elektron müdaxilə ilə öz ərazisinə endirib. Sonradan həmin təyyarələrin əsasında öz versiyasını hazırlayıb.