Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al
Yeni Zelandiya hökuməti əhalidən qadağan olumuş yarımavtomat silahların yığılması məqsədilə onların satın alınmasına 136 milyon dollara yaxın pul xərcləyəcək.
Bu barədə "New Zealand Herald” yerli Daxili İşlər və Maliyyə nazirlərinin birgə bəyanatına istinadən məlumat yayıb.
Kraystçörç şəhərində məscidlərdə törədilmiş terror aktından (50 nəfər həyatını itirmişdi - red.) sonra Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ölkə ərazisində yarımavtomat silahların və döyüş tüfənglərinin saxlanılması və istifadəsinə qadağa qoyulduğunu elan etmişdi. Aprel ayında Yeni Zelandiya parlamenti bu barədə müvafiq qanun qəbul edib.
Məlumata görə, Yeni Zelandiya büdcəsindən belə silahların əhalidən satın alınması üçün 190 milyon Yeni Zelandiya dolları (təxminən 124,7 milyon ABŞ dolları), silahların toplanma sxeminin hazırlanmasına isə əlavə 18 milyon Yeni Zelandiya dolları (təxminən 11,8 milyon ABŞ dolları) ayrılacaq.
Oxu.az