Narkotik istifadəçisi xəstəxananın həyətində öldü
11:08 / 20.06.2019
2624
Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.
Trend-in məlumatına görə, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi "VAZ 2107” markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.
Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.